Bu ilin yenilənmiş dövlət büdcəsi yaxın vaxtda Milli Məclisə təqdim olunacaq

"2016-cı ilin yenilənmiş dövlət büdcəsi bu yaxınlarda Milli Məclisə təqdim olunacaq". Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib. "Büdcənin parametrləri barədə kifayət qədər məlumat verilib. Onun ana xətti ondan ibarətdir ki, o qədər də zəruri olmayan layihələrin icrası dayandırılacaq. Dövlət başçısının tapşırığına əsasən, heç bir sosial proqramın icrası dayandırılmayacaq. Ümumilikdə, büdcədə sosial xarakterli xərclər əhəmiyyətli dərəcədə artacaq. Dövlət Neft Fondundan transfertlər azalacaq", - deyə Z. Səmədzadə qeyd edib.

Millət vəkili əlavə edib ki, büdcə kəsiri buraxılan istiqrazlar, kompleks özəlləşdirilmə və s. bu kimi addımlar hesabına bağlanacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31