Ziyad Səmədzadə bank sektorundakı konsolidasiyanı dəstəkləyib

"Bank sektorunda konsolidasiya aparılmalıdır". "APA-Economics" xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib. "Bəzi kommersiya banklarında problemlər var, onların fəaliyyəti sağlamlaşdırılmalıdır", - deyə Z. Səmədzadə bildirib. Millət vəkili qeyd edib ki, kommersiya bankları kreditləşmə siyasətində real sektora daha çox üstünlük verməlidir: "Real sektora yönələn kreditlər üzrə faiz dərəcəsi də azaldılmalıdır". O əlavə edib ki, banklar regionlarda ipoteka kreditləşməsini aktivləşdirməlidir. Onun fikrincə, bu addım regionları, onların iqtisadiyyatını canlandıracaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31