Azərbaycanda turizmin inkişafı üçün perspektivlər var - Vladimir Doroxin
10 Fevral 2016 11:22 İqtisadiyyatRusiyanın Azərbaycanla qarşılıqlı münasibətlərində əsas məsələ stabillik, münasibətlərin dostluq xarakteri daşıması və hər iki ölkənin uğur qazanmasında maraqlı olmaqdır. Trend-in məlumatına görə, bunu "Komsomolskaya Pravda"ya müsahibəsində Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bildirib. "Azərbaycanın müstəqilliyi illərində biz bir-birimizi anlamağı öyrəndik", - deyə səfir bildirib. "Ölkələrimiz arasında çox yaxşı mal dövriyyəsi var. Eyni zamanda əsas qarşılıqlı fəaliyyət heç də neft sektorunda baş vermir", - deyə səfir əlavə edib. Onun sözlərinə görə, Azərbaycanda turizmin inkişafı üçün perspektivlər var. "Məmnuniyyətlə deyə bilərəm ki, Azərbaycana turist marağının artması müşahidə olunur", - deyə Doroxin bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31