Neftin 25 dollardan aşağı düşəcəyi real görünmür

Pərviz Heydərov: “Azərbaycanda hökumətin başladığı tədbirlər belə düşünməyə əsas verir ki,.....”

"Ölkədə maliyyə bazarına nəzarət getdikcə daha da möhkəmləndiriləcək"

Keçən ilin sonlarından qeydə alınan devalvasiya prosesindən keçən dövr əzində manatın dollara nisbətən dəyəri sürətli şəlildə aşağı düşsə də, lakin son günlər milli valyutamız özünü möhkəmlədə bilib. Buna rəsmi şəkildə açıqlanan məlumatlarda rast gəlmək mümkündür. Belə ki, Azərbaycan Mərkəzi Bankının (AMB) fevralın 9-na olan (dünən) rəsmi məzənnəsində bir Amerika dolları 1,5787 səviyyəsində müəyyən edilibb. Qeyd edək ki, dollar bir gün əvvəl 1,5819 manata bərabər idi. Beləliklə də artıq, bir müddətdir ki, manat möhkəmlənir. Hər ötən gün manatın dollara nisbətən möhkəmlənməsi haqlı olaraq belə bir sual yaradır ki, bu proses nə qədər davam edəcək? Yaxud manat ABŞ dollarına nisbətən, çoxmu möhkəmlənəcək?!

İqtisadçı ekspert Pərviz Heydərovun sözlərinə görə, bir az əvvəl, ABŞ dollarına görə verilən sualın bu dəfə eyni ilə manata münasibətən irəli sürülməsi hər necə olsa da, sevindiricidir: "Lakin məsələ ondadır ki, bu gün ölkədə hamı çox yaxşı bilir ki, manatın dəyəri neftə bağlıdır. Odur ki, birincisi, manatın dəyərini neftin qiymətinin ucuzlaşmasına görə Azərbaycan Mərkəzi Bankının mümkün maksimal dəstəyinə rəğmən, bu gündən artıq, kifayət qədər itirdiyi sirr deyil. Bunu Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları həcmini 2015-ci il ərzində azalması məbləği də açıq-aşkar sübut edir. Belə ki, keçən ilin əvvəlinə AMB-nin ehtiyatları 13 milyard 758,3 milyon amerikan dolları təşkil edirdisə, cari ilin yanvarın 1-i tarixinə bu rəqəm 5 milyard 016,7 milyon idi. 2016-cı ilin yanvar ayında isə Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatı 618,2 milyon dollar azalaraq 4,4 milyard məbləğə düşmüşdü. Demək istədiyimiz budur ki, təkcə keçən il ərzində AMB manatın dəyərini saxlamaqdan ötrü 8 milyard 741 milyon 600 min dollar xərcləyib". İqtisadçı ekspertin sözlərinə görə, neftin bundan sonra 25 dollardan aşağı düşəcəyi real görünmür: "Yəni ki, manatın mümkün maksimal ucuzlaşması səviyyəsi hələki bura qədər idi. Başqa sözlə desək, 1 manat 60 qəpik civarınadək. Bundan da artıq ucuzlaşma üçün neftin 1 barelinin 20 dollara qədər düşməsi tələb olunur. Özü də ki, düşüb və bir müddət həmin həddə qalması. Bu isə o dərəcədə inandırıcı deyil. O səbəbdən ki, neftin qiyməti yenidən ucuzlaşmağa davam edərsə belə həmin səviyyəyə qədər düşə bilər, amma uzun müddət qala bilməz. İkincisi, əvvəlki şərhlərimizdə qeyd etdiyimiz kimi dolların dünyada möhkəmlənməsi artıq, Birləşmiş Ştatlar iqtisadiyyatının öz əleyhinə işləməkdədir. Belə ki, Amerika ixracı azalıb. FES-in ötən ilin dekabr ayında baza faiz dərəcəsini artırmaq barədə qərarından sonra yaranmış vəziyyət Amerika iqtisadiyyatı üçün yaxın perespektivdə yaxşı heç nə vəd etmir. Demək, Birləşmiş Ştatlar valyutasının

dünyada möhkəmlənməsi prosesi artıq, istər-istəməz dayanacaq". Pərviz Heydərov bildirib ki, Azərbaycanda hökumətin başladığı tədbirlər, o cümlədən planlaşdırdığı addım və güddüyü aşkar sezilən iqtisadi siyasət və niyyət belə düşünməyə əsas verir ki, ölkədə maliyyə bazarına nəzarət getdikcə daha da möhkəmləndiriləcək: "Bu isə manata hətta, əhali tərəfindən yenidən ajiotaj və panik münasibət yaranarsa - müşahidə edilə bilərsə, spekulyativ təsirlərin olacağı hallarını azaldır və yaxud da tamamilə istisna edir. Dördüncüsü, ölkədə bank sektoruna dair islahat uğurla həyata keçirilər, ləğvetmə və yaxud konsolidasiya tədbirləri bir az da sərt şəkildə reallaşdırılar, o cümlədən əmanətlərin daha yaxşı sığortalanması istiqamətində nəzərdə tutulan addımlar tez və zamanında atılarsa, bu özü də manatın ucuzlaşması qarşısını bir tərəfdən məhdudlaşdıracaq... Beşincisi isə, əhalinin əllərindəki, başqa sözlə desək, yastıq altında olan nağd pullar məsələsidir ki, hazırda bunların çox issəsi ABŞ dolları şəklindədir. Yəni, necə ki, birinci devalvasiyadan sonra vətəndaşlar banklardakı əmanətlərini dollara çevirdilər, AMB-nin dekabrın 21-dəki məlum qərarından sonra isə yastıqlar altında manat qalmadı və hazırda hamısı Amerika valyutasına mübadilə olunmuş vəziyyətdədir".

Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31