“iPhone 7” prototipinin ilk görüntüsü yayıldı
8 Fevral 2016 19:01 İqtisadiyyat"Business Korea" nəşri "iPhone 7" smartfonu prototipinin ilk görüntüsünü dərc edib. "vistanews.ru" saytı bildirir ki, koreyalıların məlumatına görə, "Apple" şirkəti özünün yeni flaqmanını arxası keramik panelli korpusda, kənarları yumrulaşdırılmış və standart 3,5 millimetrlik audio birləşmə olmadan istehsal edəcək. "Business Korea" müxbirləri müəyyən edib ki, İT nəhənginin yeni cihazı dioksidsirkoniləşdirilmiş keramikdən düzəldilmiş parlaq arxa panelə malik olacaq. Bu maddə radiosiqnalların ötürülməsində maneələr yaratmır. Bunun üçün də "Apple" smartfonun dizaynında daha zərif materialın xeyrinə plastikin istifadəsindən asanlıqla imtina edib. Cihazın ön görünüşündə "Touch ID" funksiyalı sensor "Super AMOLED" displeyi yer alacaq. "Home" düyməsi elə mexaniki olaraq qalacaq. "Apple" korporasiyasının mühəndisləri həmçinin 3,5 millimetrlik audio birləşmədən imtina etmək fikrinə düşüblər. Smartfonun arxa tərəfində ənənəyə görə "Apple"ın loqosu əks olunacaq. "Business Korea" nəşri qeyd edir ki, bu şəkil "iPhone 7" prototipi barədə məlumatları özündə əks etdirir və bunun üçün də yekunda bir sıra dəyişiklər edilə bilər.