Aktyorun "selfie" çubuğu Ginessin rekordlar kitabına düşdü

Bir sıra filmləri ilə tanınan aktyor bu dəfə tam fərqli işi ilə diqqət mərkəzinə düşüb.  lenta.ru  xəbər verir ki, aktyor Ben Stiller "Nümunəvi erkək 2" komediyasının Londonda keçirilən premyerasında istifadə etdiyi "selfie" çubuğu ilə yeni rekord müəyyənləşdirib. "The Telegraph" qəzetinin yazdığına görə, B.Stiller bir sıra ulduzların iştirakı ilə "selfie" çəkmək üçün 8,5 metr uzunluğunda çubuqdan istifadə edib. Bu rekordu qeydə alan Ginnes kitabının təmsilçisi B.Stillerə xüsusi sertifikat verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31