Vergilər Nazirliyində daha bir kadr dəyişikliyi baş verib

Vergilər Nazirliyində daha bir kadr dəyişikliyi baş verib. "APA-Economics"in məlumatına görə, bir neçə saat öncə Beynəlxalq münasibətlər və maliyyə institutlarında vergi monitorinqi Baş idarəsinin rəisi təyin olunan Natiq Şirinov Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamentinin rəisi təyin edilib. Ələkbər Məmmədov isə Vergilər Nazirliyinin beynəlxalq münasibətlər və maliyyə institutlarında vergi monitorinqi Baş idarəsinin rəisi təyin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31