SOCAR “Meide Technimont” şirkəti ilə müqavilə imzalayıb

Bu gün SOCAR-ın baş ofisində "Yüksək sıxlıqlı polietilen zavodunun mühəndislik-təchizat və tikinti işləri çərçivəsində "Meide Technimont" şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalanıb. "APA-Economics" xəbər verir ki, SOCAR prezidenti Rövnəq Abdullayev bildirib ki, onun rəhbərlik etdiyi şirkət tərəfindən elan olunmuş tenderin qalibi "Meide Technimont" şirkəti olub. R. Abdullayev bildirib ki, dünya şöhrətli şirkətin bu layihədə iştirakı çox sevindirici haldır. SOCAR prezidenti əlavə edib ki, imzalanan müqavilə yeni iş yerlərinin açılmasına imkan verəcək. "Zavodun maya dəyəri 180 milyon dollar təşkil edir. Bu layihənin tikintisinə bu il başlanacaq. Layihə "Qazprombank" vasitəsi ilə maliyyələşdiriləcək", - deyə o qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31