Maliyyə Nazirliyi Beynəlxalq Banka nəzarəti gücləndirib
5 Fevral 2016 11:39 İqtisadiyyatMaliyyə Nazirliyi "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə nəzarəti gücləndirib. Maliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu barədə Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2015-ci ildə aparılmış nəzarət tədbirlərinin nəticələri barədə məlumatda deyilir. Bildirilir ki, "Azərbaycan Beynəlxalq Bankı" ASC tərəfindən fiziki və hüquqi şəxslərə kreditlərin verilməsi, istifadəsi və qaytarılması zamanı mövcud qanunvericiliyin tələblərinə əməl edilməsi mövzusu üzrə nəzarət tədbirlərinə başlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31