Avropa Komissiyası Brent neftinin orta qiymətini 35,8 dollaradək endirib

Avropa Komissiyası 2016-cı il üçün Brent markalı neftin 1 barelinin orta qiymətini 54,2 dollardan 35,8 dollaradək endirib. "APA-Economics" xəbər verir ki, bu barədə Avropa Komissiyasının qış mövsümü üçün nəzərdə tutulmuş iqtisadi proqnozunda bildirilir. Proqnoza əsasən, 2017-ci ildə Brent neftinin 1 barelinin orta qiyməti 42,5 dollar təşkil edəcək. Komissiya bildirir ki, proqnozun dəyişməsinə səbəb yanvar ayı ərzində Brent neftinin ucuzlaşmağa davam etməsi olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31