"Bankların bağlanmasının yox, birləşməsinin tərəfindəyik"
2 Fevral 2016 16:46 İqtisadiyyatBankların bağlanmasının deyil, birləşməsinin tərəfdarıyıq. APA bildirir ki, bu barədə millət vəkili Vahid Əhmədov deyib. Millət vəkilinin sözlərinə görə, iri bankların yaradılması daha məqsədəuyğundur: "Bu halda həmin bankların kredit portfeli, likvidliyi və nizamnamə kapitalı böyük olacaq, əhaliyə verilən kreditlərin faizləri isə aşağı düşəcək. Hazırda bu proses gedir. Prezidentin göstərişi ilə bankların sağlamlaşdırılması üçün işlər davam etdirilir". V.Əhmədov hazırda problemli bankların çox olduğunu, əsas məqsədin həmin bankların problemi olmayan banklarla birləşməsinin olduğunu deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31