Səlim Müslümov: “Əməkhaqqının tam leqallaşmasına nail olmaq əsas hədəf kimi seçilib”

Oktyabrın 18-də Bakı Biznes Univeristetində Azərbaycanın sığorta-pensiya sisteminin son 20 ildəki inkişaf tarixinə həsr olunan konfrans keçirilib. Toplantıda çıxış edən Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov Azərbaycanın sığorta-pensiya sisteminin 20 illik inkişafının əsas istiqamətlərindən danışıb. Fondun sədri həyata keçirilən islahatlar nəticəsində ölkəmizin beynəlxalq standartlara tam cavab verən sığorta-pensiya modelinin formalaşdığını və bu modelin müasir dünyada sığorta-pensiya sistemləri üzrə ən mühüm elementləri özündə birləşdirdiyini vurğulayıb. Yeni sığorta-pensiya sisteminin fəaliyyəti dövründə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi uçotu qurulmaqla, vətəndaşların pensiya hüquqlarının həmin uçotun məlumatları əsasında müəyyənləşdirilməsi və beləliklə də pensiya təminatında sığorta prinsiplərinə keçid təmin ediib. S.Müslümov qeyd edib ki, hazırda əmək pensiyalarının orta aylıq məbləği 151,3 manata, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 167,7 manata çatıb. Həyata keçirilən davamlı sosial müdafiə tədbirləri nəticəsində pensiyaçılarımızın 97%-nin pensiya məbləğinin yoxsulluq həddinin üzərinə çıxdığını deyərək, bu gün ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbətinin 40 faizə, yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbətinin isə 45 faizə çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31