Mərkəzi Bank: Bu gün 5 banka 16,670 mln. dollar satılıb

Bu gün Mərkəzi Bankın növbəti valyuta hərracı keçirilib. Bankdan "APA-Economics"ə verilən məlumata görə, Mərkəzi Bank tərəfindən 200 mln. ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb. Hərracda iştirak edən 5 bank tərəfindən məcmu tələb 16,670 mln. dollar təşkil etdiyindən, sifarişlər 100% təmin olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31