Çin sürətini azaldıb

Ölkə iqtisadiyyatının inkişaf tempi aşağı düşür

Türkiyə mətbuatının məlumatına görə Çin Milli Statistika Bürosunun açıqlamasında ölkə iqtisadiyyatının inkişaf tempi 2012-ci ilin üçüncü rübündə 7,4% artıb. Çinin 2012-ci ilin iyul-avqust-sentyabr aylarında tutduğu bu inkişaf rəqəmi bir çox ölkə üçün böyük rəqəm kimi görünə bilər. Ancaq, Çin iqtisadiyyatı üçün 7,4% inkişaf nisbəti ciddi yavaşlama mənasını verir. Çünki, Çin iqtisadiyyatının son 30 ildə illik orta hesabla inkişaf tempi 10% civarındadır. Keçən il Çində bu rəqəm 9,2% olub. (OLAYLAR) İA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31