Azərbaycanda pambıq istehsalçıları güzəştlər əldə edəcəklər

Azərbaycan hökuməti güzəştli kreditləşdirmə və alış qiymətlərinin formalaşmasında iştirak yolu ilə pambıq istehsalçılarını dəstəkləyəcək. Məlumata görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev "Kənd təsərrüfatının perspektivli sahələrinin inkişafı üzrə Azərbaycan-Türkiyə təcrübəsi" konfransında deyib.

Onun sözlərinə görə, istehsalçılardan pambıq alan şirkətlər alış qiymətlərinin formalaşmasında dünya pambıq qiymətlərini və ölkədəki devalvasiyanı nəzərə almalıdır: "Hökumət pambıqçılıqla məşğul olan sahibkarların güzəştli kreditləşməsini artırmağı da planlaşdırır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31