Nazir: "Toksik aktivlərdən təmizlənəndən sonra Beynəlxalq Bank özəlləşdirilməyə hazır olacaq"

"Prezident İlham Əliyev Azərbaycan Beynəlxalq Bankının (ABB) özəlləşdirilməsi ilə bağlı konkret tapşırıqlar verib. Tapşırıqlara bankın sağlamlaşdırılması, toksik aktivlərin bankın balansından çıxarılaraq "Aqrarkredit" bank olmayan kredit təşkilatına satılması daxildir". "APA-Economics" xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov bildirib. "Biz bu prosesi artıq başlamışıq. Bankın maliyyə durumu yaxşılaşdırılmalıdır. Toksik aktivlərin satılması ilə bağlı müvafiq komissiya yaradılıb. Satış mümkün olmadıqda isə aktivlərin maraqlı istiqamətlərə yönəldilməsi nəzərdə tutulur", - deyə S. Şərifov qeyd edib. Nazir əlavə edib ki, toksik aktivlər tam təmizləndikdən sonra bank özəlləşdirməyə tam açıq olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31