Samir Şərifov: "Neftin qiymətinin 25 dollardan aşağı enməsi iqtisadi məntiqə ziddir"
28 Yanvar 2016 16:56 İqtisadiyyat"2016-cı ilin dövlət büdcəsində dürüstləşmə aparılıb". "APA-Economics" xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında maliyyə naziri Samir Şərifov deyib. Nazirin sözlərinə görə, 2016-cı ilin yenilənmiş dövlət büdcəsində neftin baza qiyməti 25 dollardan götürülüb: "Bu, mühafizəkar bir yanaşmadır. Neftin qiymətinin 25 dollardan aşağı düşməsi iqtisadi məntiqə ziddir". S. Şərifov əlavə edib ki, bu ilin ikinci yarısında neftin bahalaşması istisna olunmur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31