Azərbaycanda bağlanan 6 bankda nə qədər pul var?
28 Yanvar 2016 13:40 İqtisadiyyatAzərbaycan Mərkəzi Bankının (AMB) qərarı ilə bu il lisenziyası ləğv edilən 6 kommersiya bankında ümumilikdə vəsaitləri qorunan 31 266 əmanətçi var. Report bildirir ki, bu banklarda kompensasiya olunan əmanətlərin ümumi həcmi isə 80,433 mln. manat civarındadır.
Bankların öz hesabatlarına əsasən, bu banklarda ("Bank of Azerbaijan", "Gəncəbank", "United Credit Bank", "NBC Bank", "Atrabank", "Qafqaz İnkişaf Bankı") məcmu əmanətlərin həcmi isə 222,196 mln. manatdır.
Həmin banklarda fiziki şəxslərin qorunan əmanətləri 192,134 mln. manat, fiziki şəxslərin qorunmayan əmanətləri 51,991 mln. manat təşkil edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31