İran iqtisadiyyatı çökdürülür - AKTUAL

Rial dollar qarşısında iki il içərisində 65% dəyər itirib

İran hökumətinin "Nüvə proqramı" ölkəyə baha başa gəldi. İran mallarına və neftinə qoyulan embarqo dünyanın ən böyük neft və təbii qaz istehsalçılarından biri olan İran iqtisadiyyatını tamamilə iflic vəziyyətinə salıb. İran hakimiyyətin Qərb və Amerikanın ölkənin "Nüvə Proqramı"na qarşı sürülən iddialarını rədd edəndə və qüvvələrə açıq şəkildə meydan oxuyanda ölkənin zəngin neft yataqlarına sahib olmasına arxalanırdı. Lakin, Qərb gücləri İranı tamamilə zəif salmaq üçün 1 trilyon dollarlıq İran iqtisadiyyatını çökdürmək üçün İran neftinə və mallarına qarşı sanksiyalar tətbiq etdilər. Avropada İranla ticari əlaqələri qoruyub saxlayan yeganə ölkə Almaniya oldu. Buna qədər isə İran bütün dünya üçün əsas neft istehsalçısı olan ölkə idi. İran 1 ildə neftdən qazandığı gəlirlər 150 milyard dollar təşkil edirdi. Məhz buna görə də həm Qərb, həm də ABŞ "iqtisadiyyat siyasətin anasıdır" deyiminə sadiq qalaraq İranı bu istiqamətdə zəif salmağı hədəfə aldılar. Mütəxəssislərin fikirlərinə görə, məhz Qərb qüvvələrinin bu siyasi manevri kifayət qədər təsiredici oldu. Buna baxmayaraq İran hökuməti ölkə iqtisadiyyatının embarqolardan elə də zərər görmədiyi bəyan edir. Ancaq, Amerika və Qərblə nüvə anlaşılmamazlığı üzündən tətbiq olunan sanksiyalar bir müddətdir ki, İranın beynəlxalq valyuta sistemindən faydalanmasına mane olur. Hətta, İranın pul vahidi rial dollar qarşısında iki il içində 65% dəyər itirib. Rialın dollar qarşısındakı bir həftədəki dəyər itkisi 1/3 olub. Dəyər itkisindən sonra qida və yanacaq qiymətlərində bahalaşma müşahidə edilib və buna qarşı İranın paytaxtı Tehranda təşkil edilən mitinqlərdə nümayişçilərlə polis arasında qarşıdurmalar baş verir. İran parlamenti isə ölkədə baş verən bahalaşmaya qarşı hər hansı tədbirlər planı hazırlamaqdan boyun qaçırır. Ümumiyyətlə isə müzakirəyə belə çıxarmır. Fars politoloqlar parlamentin bu cür qərarsızlığını Əhmədinejad hökumətinə zərbə kimi xarakterizə edirlər. Çünki, hökumət rialın dəyər itkisinin qarşısını almaq üçün dövlət gəlirlərindən milyardlarla dollar kəsirlər edərək dövlət büdcəsini gücləndirməyi hədəfə alıblar. İran parlamentinin spikeri Əli Laricani İrandakı iqtisadi böhranın səbəbinin Əhmədinejad hökumətinin səhv siyasətinin bəhrəsi olduğunu bildirib. Prezident Mahmud Əhmədinejad isə bu iddiaları rədd edir. İran prezidentə görə rialın dəyər itirməsinin əsil səbəbi İran düşmənlərinin tətbiq etdiyi psixoloji təzyiqlərdir. İngiltərənin "Sunday Times" qəzeti isə iqtisadi problemlərə görə, İran Suriyada saxladığı hərbi qüvvələri geri çəkdiyini iddia edib. İran hökumətinin infilyasiya ilə bağlı açıqlamada rəqəm 23% göstərilib. Qeyri-rəsmi statistikada isə bu rəqəm 65%-i göstərib.  
İranda iqtisadi böhran davam edərkən İsrail və Amerikanın ölkəyə ediləcək hücumlarının yenidən günədəmə gəlməsi çökdürmə planının əsas hissəsinə daxildir. Bütün planları həyata keçirmək üçün ABŞ prezidenti Barak Obama Bəsrə körfəzinə döyüş gəmiləri, raket batareyaları göndərir. Məqsəd İranı iqtisadiyyatı kimi təməldən çökdürməkdir. Xristianların feodal inkivizasiya məhkəməsi kürsüsündə bu dəfə İran əyləşib, müttəhim qismində ittiham olunur. Çox güman ki, məhkəmə İranın qətlinə fərman verəcək. Çünki, məlumdur ki, xristian dinin ortaya qoymuş olduğu güzəşsizlik prinsipi tarixin bütün zamanları üçün keçərlidir. Bu gün dəyişiklikliyə uğrayan yalnız insanların əvəz olunmasıdır. Kiminsə günahını bilmədən ittiham eləmək və ölümünə fərman vermək xristian xislətli millətlərin xislətinə aid olan əlamətdir. Xaç suyuna çəkilmiş Janna Darkı yandıran xristian xaçlı cəlladlar İslam ölkəsini suya düşmüş toz zərrəcikləri kimi əritmək an məsələsidir.

Mənsur Rəğbətoğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31