Aİ Azərbaycanın aqrar sektoruna dəstəyini davam etdirəcək
28 Yanvar 2016 12:08 İqtisadiyyatAvropa İttifaqı (Aİ) Azərbaycanın aqrar sektoruna dəstəyini davam etdirəcək. Trend-in məlumatına görə, bunu Bakıda Aİ-nin Azərbaycandakı səfiri Malena Mard elektron kənd təsərrüfatına həsr olunmuş seminarda bildirib. O deyib: "Biz ərzaq təhlükəsizliyinə böyük önəm veririk və bu sahədə Azərbaycanla təcrübəmizi bölüşməyə hazırıq".
M.Mard qeyd edib ki, elektron kənd təsərrüfatının vacib komponentlərindən biri subsidiyaların idarə edilməsidir: "Aİ bu məsələdə böyük təcrübəyə malikdir. Lakin biz də hansısa məqamlarda səhv edə bilərik və buna görə də Azərbaycandan nəyisə öyrənməliyik. Biz Azərbaycanla bərabərhüquqlu tərəfdaşlar kimi işləyə bilərik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31