Türk iş adamları aqrar sahəyə investisiya qoyavaq

Kənd təsərrüfatı naziri Heydər Əsədov Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun və bir qrup türk iş adamları ilə görüşüb. "OLAYLAR"-ın xəbərinə görə, görüşün məqsədi Türkiyə ilə Azərbaycan arasında aqrar sahədə ikitərəfli əməkdaşlığın perspektiv imkanlarının müzakirəsi olub. Nazir iki dost və qardaş ölkə arasında iqtisadiyyatın digər sahələri ilə yanaşı kənd təsərrüfatı sahəsində də mövcud əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu bildirib, ölkə başçısı İlham Əliyevin aqrar sahəyə göstərdiyi diqqət və qayğıdan söhbət açmış, son vaxtlar ölkəmizdə aqrar sahədə həyata keçirilən institusional islahatlar barədə geniş məlumat verib. Nazir Heydər Əsədov Azərbaycanda əlverişli investisiya mühitinin yaradıldığını qeyd edib və türk iş adamlarının Azərbaycanla aqrar sahədə əməkdaşlığı üçün perspektiv imkanların olduğunu vurğulayıb. Səfir İsmail Alper Coşkun Azərbaycan və Türk iş adamları arasında əlaqələrin bundan sonra daha da inkişaf etdirməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31