Bankların bağlanmasının hansı müsbət və ya mənfi fəsadları ola bilər?

Özünü doğrultmayan bankların bağlanması zəruri idi

Keçən ilin sonlarından baş verən devalvasiya prosesi ölkənin maliyyə sektorunda bır sıra radikal dəyişikliklərlə müşahidə edildi. Xüsusilə, bank sektorunda baş verən dəyişikliklər ən yadda qalan hadisə oldu. Bir sıra hallarda bankların vətəndaşı daha çıxılmaz vəziyyətə saldığının şahidi olduq. Bu da öz növbəsində banklara olan etibarın itməsi, onların bağlanmasına gətirib çıxardı. Belə ki, son proseslər nəticəsində ölkədəki bankların sayı 43-dən 38-ə endi. Prosesin bundan sonra da davam edəcəyi, bağlanan və birləşən bankların hesabaına bankların yekun sayının maksimum 30 olacağı ehtimal edilir. Bəs görəsən bankların bağlanması və ya onlardan bir neçəsinin birləşdirilməsinin hansı faydaları var? Məsələ ilə bağlı iqtisadçı ekspertlər fikirlərini bildiriblər.

İqtisadçı Rövşən Ağayev deyir ki, bankların sıradan çıxması porblemli kreditlərinin böyük həcmdə olması, müştərilər qarşısında ödəmə qabiliyyətinin kəskin pisləşməsi fonunda müflisləşmə riskinin həddən artıq real olması ilə bağlıdır. Onun sözlərinə görə, bu plan baş tutdu və say kəskin azaldı: " Amma bir reallıq da var. Hətta indi bank sektorunun top 10-luğunda olan bankların hamısı ciddi problemlər içərisindədi. Beynəlxalq kredit agentlikləri onların hamısının reytinqini sabitdən neqativə dəyişdi. Uzunmüddətli kredit reytinq sürətlə defoltöncəki səviyyənin sərhəd nöqtəsinə yaxınlaşır. İki devalvasiyadan sonra onların valyuta mövqeyi tam alt-üst olub. Hətta bu banklar bir müddət dözsə belə, onların "pul satıb" daha uzun müddətə ayaqda qala bilməsi üçün ödəmə qabiliyyətli biznes sektooru yoxdur".

Vüqar Bayramov isə qeyd edib ki, Azərbaycanda bankların sayı kifayət qədər çox idi və bu səbəbdən onların birləşdirilməsi, özünü doğrultmayan bankların bağlanması zəruri idi: "İqtisadiyyatı bizimlə müqayisədə daha böyük olan Qazaxıstanda 35 bank fəaliyyət göstərir və bu ölkədə də bankların sayının azaldılması və ya azalması gündəmdədir. Tamamilə doğrudur ki, proses şəffaf olmalıdır və məncə, bizim də hazırlayacağımız təkliflər kəskin təmərküzləşmənin qarşısının alınması və şəffaf konseldasiya prosesinin təmin edilməsinə xidmət etməlidir". Vüqar Bayramovun sözlərinə görə, bankların birləşdirilməsində ən ciddi risk kapitalın bazarın tənzimləyə biləcəyi səviyyədən daha çox təmərküzləşməsi və bu sektorda monopoliyanın yaranmasıdır: "Mən təklif edirəm ki, digər keçid ölkələrinin təcrübəsi nəzərə alınmaqla birlikdə ölcülən bilən və əsaslandırılmış konkret təkliflər paketi hazirlayaq. Bu paketi həm hökumətə təqdim edək, həm də sosial şəbəkələr və media vasitəsi ilə vəkillik kampaniyasını aparaq"

Natiq Cəfərlinin qənaətincə bankların sayının çox, ya az olması, həlledici məqəm deyil: "Problem bankların əksəriyyətinin məmuralara məxsus olmasındadır". Natiq Cəfərli deyir ki, . bankların bağlanması ağılla idarə edilməli prossesdir: "Təəssüf

ki, hələ ki, atılan addımlar panikanı daha da artırır. Əgər prosses bir az da sürətlənsə, çökən bankların sayı artsa, xaotik bir durum meydana çıxacaq. Məncə, bank sektorunun problemləri qar uçqunu kimi artacaq, təmərküzləşmə ancaq bəlli qrupun, ya qrupların maliyyə bazarında çəkisini daha da artıracaq.

Qubad İbadoğlu isə hesab edir ki, bizdəki banklar parnik banklarıdır və indiki situsasiyada onları xilas etmək mümkün olmayacaq: "Odur ki, hazırda baş verənlər düzgün tənzimlənərsinə, yalnız bankar arasında deyil, həm də azad biznesdə rəqabətli şəraitin yaranmasına ehtiyac vardır. Bu isə 1 ilə baş verməyəcək. Bu dövrdə konsolidasiya getməlidir, kapital təmərküzləşməlidir və sonra da bank bazarı xarici kapitala tam açılmaldıır. Başqa alternativimiz qalmayıb".

Azər Mehdiyev bildirib ki, bank sektoruna ciddi dövlət dəstəyi olmadan onlar bu vəziyyətdən çıxa bilməyəcək: "Maraqlı məqam banklara dövlət dəstəyinin hansı formada olacağıdır: Beynəlxalq Bankda olduğu kimi dövlət yenədəmi daxili borclanmaya gedəcək? Bu qədər daxili borclanma yükü hansı fəsadlar yarada bilər? İndiki qeyri-şəffaf mühit banklara nə vəd edir?. Xarici investorlar bu bankların səhmlərinə maraq göstərərlərmi? Bu məsələlərin də araşdırılması zəruridir".

Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31