Samir Şərifov: "2016-cı ilin dövlət büdcəsinə düzəlişlər edilib, layihəyə son baxış keçirilir"
26 Yanvar 2016 15:18 İqtisadiyyat"Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncama uyğun olaraq əmək haqlarının, sosial müavinətlərin, pensiyaların artırılması ilə bağlı əlavə xərclər üçün maliyyə təminatını yaratmalıyıq". "APA-Economics"in məlumatına görə, bu barədə maliyyə naziri Samir Şərifov deyib. Onun sözlərinə görə, bu məqsədlə dövlət büdcəsinə yenidən baxılacaq: "Müvafiq düzəlişlər edilib, layihə artıq hazırdır, sənədə son baxış keçirilir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31