IV Qlobal Bakı Forumunun keçirilməsinə dair Tədbirlər Planı təsdiqlənib

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə Bakı şəhərində "Çoxqütblü dünyaya doğru" IV Qlobal Bakı Forumunun keçirilməsinə dair Tədbirlər Planı təsdiq edilib. APA-nın "AzərTAc"a istinadən verdiyi məlumata görə, sərəncama əsasən Tədbirlər Planının icrasına məsul qurumlara Forumla bağlı tədbirlərin yerinə yetirilməsi tapşırılıb.

Qeyd edək ki, "Çoxqütblü dünyaya doğru" IV Qlobal Bakı Forumu martın 10-11-də keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31