Nazir müavini: “Azərbaycanda bal istehsalı daxili tələbatı tam ödəyir”
17 Oktyabr 2012 19:27 İqtisadiyyat"Bu il yanvarın 1-nə Azərbaycanda 212 min 651 arı ailəsi vardır. Hər arı ailəsindən keçən illərdə orta hesabla 10-11 kiloqram bal alınırdı. Cari ildə 1100 ton bal istehsalı gözlənilir". Bunu deyən kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanovun sözlərinə görə, ölkəmizdə arıçılıqla 6 min nəfərdən çox adam məşğul olur. Hesablamalar göstərir ki, ölkədə arı ailəsinin sayını 5 dəfə, onun məhsuldarlığını 2 dəfə artırmaq mümkündür. 2004-cü ilə nisbətən 2011-ci ildə Azərbaycanda arı ailələrinin sayı 2,2 dəfə artıb. Azərbaycanda bal istehsalı daxili tələbatı tam ödəyir. Hazırda ölkədə 32 özəl damazlıq təsərrüfatı fəaliyyət göstərir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31