Neft yenidən sürətlə ucuzlaşır
Qiymət birdən-birə 2 dollara yaxın enib
25 Yanvar 2016 13:15 İqtisadiyyatDünya bazarında neftin qiymətindəki tərəddüdlər davam edir. Lent.az Bloomberg-ə istinadən xəbər verir ki, bu gün London birjasında Brent neftinin bir barelinin dəyəri 32,81 dollaradək yüksəlsə də, sonradan kəskin eniş başlayıb. Brent neftinin qiyməti qəfil ucuzlaşmağa başlayıb və 31,03 dollaradək enib. ABŞ-ın dünya bazarına çıxardığı Qərbi Texas nefti də ucuzlaşır. Bu neftin bir barelinin dəyəri 32,74 dollardan 31,25 dollara enib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31