Vergilər Nazirliyində növbəti kadr dəyişikliyi baş verib. "APA-Economics"in məlumatına görə, nazirliyin Ərazi vergi orqanları ilə iş üzrə baş idarənin rəisi, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Habil Amil oğlu Məmmədov vergilər nazirinin müşaviri təyin edilib. Bununla da, vergilər nazirinin müşavirlərinin sayı 11-ə çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31