Gürcüstanın Energetika Nazirliyi: "Qazprom"la müqavilə imzalananadək danışıqlar davam edəcək
21 Yanvar 2016 12:25 İqtisadiyyatGürcüstanın baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladzenin Avstriyanın paytaxtı Vyanada Rusiyanın "Qazprom" şirkətinin nümayəndələri ilə apardığı növbəti danışıqlar başa çatıb. Bu barədə APA-nın Gürcüstan bürosuna adıçəkilən ölkənin Energetika Nazirliyindən məlumat verilib. "Danışıqlar müqavilə imzalananadək davam edəcək", - deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, son vaxtlar Gürcüstan müxalifətinin nümayəndələri, politoloqlar, iqtisadçı-ekspertlər hesab edir ki, yerli hökumətin "Qazprom" şirkəti ilə apardığı danışıqlar ölkənin enerji sisteminin təhlükəsizliyinə təhdid yaradır. Danışıqların əleyhinə olanlar Tiflisdə etiraz aksiyası keçirir. Etirazçıların əsas istəyi danışıqların dayandırılmasıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31