Azərbaycanın təkrar mənzil bazarında ucuzlaşma müşahidə olunur
19 Yanvar 2016 18:46 İqtisadiyyat2015-ci ilin IV rübündə ilkin mənzil bazarında qiymətlər 0,8%, təkrar mənzil bazarında 2,5% ucuzlaşıb. "APA-Economics"in məlumatına görə, bu barədə məlumat Dövlət Statistika Komitəsinin 2015-ci ildə ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri ilə bağlı statistik bülletenində yer alıb. Məlumata əsasən, ümumilikdə ötən ilin son rübündə mənzil bazarında qiymətlər əvvəlki rüblə müqayisədə 2,4% ucuzlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31