Rusiya hökuməti "Sberbank" və VTB-ni özəlləşdirir
19 Yanvar 2016 18:31 İqtisadiyyatDünya bazarında neftin qiymətinin düşməsi və milli valyuta olan rublun dəyər itirməsi səbəbindən iqtisadi böhran yaşayan Rusiya iki böyük bankını - "Sberbank" və VTB-ni özəlləşdirməyi planlaşdırır. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bildirib. O, "Sberbank" və VTB-nin özəlləşdirilməsi üçün təkliflər hazırlayacaqlarını deyib. Nazir iqtisadi çətinliyə görə, 2016-cı il büdcəsinə yenidən baxılacaq Rusiyada "Sberbank"-ın satışı üçün qanunvericiliyə dəyişikliklərin edilməsinin vacib olduğunu da qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31