Elman Rüstəmov: "Valyutadəyişmə məntəqələri ajiotaj yaradırdı"
19 Yanvar 2016 15:22 İqtisadiyyat"Hazırda bank sektoruna yardım proqramı üzərində iş gedir". "Olaylar" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, Azərbaycan hökuməti ilə birlikdə bir sıra, xüsusilə də bank sektoru ilə bağlı tədbirlər planlaşdırılır: "Həm Dövlət Neft Fondu, həm də Mərkəzi Bank bazarda aktiv çalışır. Atdığımız addımlardan biri də banklardan kənarda olan valyuta məntəqələrinin ləğvi idi. Çünki həmin məntəqələr müəyyən ajiotaj yaradırdı. Müəyyən möhtəkirlər valyuta kursunun qaldırılması istiqamətinə çalışırdı. Lakin görürsünüz ki, hazırda hər şey stabilləşib".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31