Azərbaycandakı banklara yerləşdirilən əmanətlər 3 illik gəlir vergisindən azad olunur
19 Yanvar 2016 15:16 İqtisadiyyatMilli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında Vergilər Məcəlləsinə dəyişiklik edilib. Dəyişikliyə əsasən, yerli bank və xarici bankın Azərbaycan filialı tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirləri gəlir vergisindən azad olunur. Başqa sözlə, 2016-cı il fevralın 1-dən 3 il müddətinə yerli və xarici bankın Azərbaycanda fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə, emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən divident, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31