Ziyad Səmədzadə: "2016-cı il üçün dövlət büdcəsinə yenidən baxılacaq"

"Çox güman ki, Azərbaycanın 2016-cı il üçün dövlət büdcəsinə yenidən baxılacaq". Bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib. Onun sözlərinə görə, dünya bazarında neftin qiyməti 4 dəfə aşağı düşüb. Bunu əsas gətirən Z. Səmədzadə bildirib ki, iqtisadi planlara yenidən baxmağa ehtiyac var: "Bu gün iqtisadi planlar, xərclər dəqiqləşdirməlidir. Biz eyni zamanda cari xərcləri azaltmalıyıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31