Mərkəzi Bank: "Bank of Azerbaijan"da olan əmanətlər qanunun tələbinə uyğun şəkildə əmanətçilərə qaytarılacaq
19 Yanvar 2016 13:26 İqtisadiyyat"Əmanətlərin tam sığortalanması haqqında" qanun layihəsi qəbul olunarsa, bu, ötən gün lisenziyası ləğv edilmiş "Bank of Azerbaijan" ASC-nin bütün əmanətçilərinə şamil edilməyəcək. Bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib. E. Rüstəmovun sözlərinə görə, hazırda bankda olan əmanətlərin hesablanması prosesi gedir və bu vəsaitlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə əmanətçilərə qaytarılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31