Gələn ilin dövlət büdcəsi noyabrın 10-da müzakirəyə çıxarılacaq
17 Oktyabr 2012 12:40 İqtisadiyyat2013-cü ilin dövlət büdcəsi noyabr ayının 10-15 arasında parlament müzakirəsinə çıxarılacaq. Bu barədə Milli Məclisdən "Olaylar"a daxil olan məlumata görə, artıq büdcə zərfinə daxil olan sənədlər parlamentə daxil olub. Hazırda layihə millət vəkillərinə tanışlıq üçün paylanıb. Xatırladaq ki, büdcə zərfinə "Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında" "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2013-ci il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2013-cü il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2013-cü il üçün ehtiyac meyarının həddi haqqında", Milli Məclisin və Hesablama Palatasının 2013-ci il üçün xərclər smetası haqqında qanun layihələri daxildir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31