Çin valyutası çökür

Çinin Shangai Composite indeksi bu gün minimuma enib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, fond birjalarının çöküşü ölkə iqtisadiyyatının geriləməsi və neftin ucuzlaşması fonunda baş verir. Shangai Composite bu gün 2,8% itirib və 2,867-yə düşüb. Bu ötən ilin yayında qeydə alınan tarixi minimumdan da çoxdur. "Bloomebrg" agentliyinin məlumatına görə Shangai Composite-nin indeksi dekabr ayından bəri 20% dəyər itirdiyi üçün müşahidə olunan 93 dünya indeksi arasında ən aşağı nəticəni göstərib.  Çinlə yanaşı, Asiyanın digər fond birjaları da geriləməkdə davam edir.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31