"AzSığorta"nın Direktorlar Şurasının sədri işdən çıxıb

"AzSığorta"nın rəhbərliyində dəyişiklik baş verib. Şirkətdən "APA-Economics"ə verilən xəbərə görə, "AzSığorta"nın Direktorlar Şurasının sədri Şadiyyə Amanova vəzifəsini tərk edib.

Qeyd edək ki, Ş. Amanova "AFB Bank"ın Audit Komitəsinin sədridir.

Qeyd edək ki, hal-hazırda şirkətin Direktorlar Şurasında Ziya Talıbov və Vahid Bağırov şuranın üzvü kimi təmsil olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31