9 ayda 27,5 milyon manat dəyərində kənd təsərrüfatı maşını satılıb
16 Oktyabr 2012 18:31 İqtisadiyyat2012-ci ilin doqquz ayı ərzində "Aqrolizinq" ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına 27,5 milyon manat dəyərində 639 ədəd müxtəlif növ maşın avadanlıqları satılıb. Bu barədə Dövlət Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə, satılan maşın avadanlıqları sırasına 639 ədəd traktor, 637 ədəd kotan, 146 ədəd səpici aqreqat, 121 ədəd otbiçən, 83 ədəd çiləyici və tozlayıcı maşınlar, 48 ədəd taxılyığan kombayn, 32 ədəd bağarası frez, 26 ədəd gübrəsəpən maşın, 23 ədəd ot dırmıqları və 121 ədəd digər kənd təsərrüfatı maşın və avadanlıqları daxildir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31