Rubl hələ belə çökməmişdi

Rusiyada rublun ABŞ dolları və avroya olan kursu yeni "qara rekord" vurub. Milli.Az İnterfaks-a istinadən bildirir ki, Rusiya Mərkəzi Bankının bugünkü açıqlamasına görə, ölkədə 1 avro 62,82 qəpik bahalaşaraq 83,437 rubl, dollar isə 65,34 qəpik artaraq 76,604 rubl olub. Bivalyuta zənbilinin dəyəri 64,21 qəpik artaraq 79,769 rubla çatıb. Avro Rusiyanın tarixində, dollar isə 1998-ci ildən bəri ən yüksək səviyyədədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31