SOCAR keçən il büdcəyə 1,5 milyarda yaxın vəsait ödəyib
12 Yanvar 2016 15:17 İqtisadiyyatSOCAR 2015-ci ilin dekabr ayında dövlət büdcəsinə 75 milyon 320 min manat vəsait ödəyib. "OLAYLAR"-ın şirkətə istinadən verdiyi xəbərə görə, ümumiyyətlə, 2015-ci ildə büdcəyə 1 milyard 480 milyon 195 min manat vəsait ödənilib. Bundan əlavə, ötən ilin dekabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 688 min manat vəsait köçürüb. Qeyd edək ki, bu göstərici 2014-cü ilin dekabr ayı ilə müqayisədə 982 min manat və ya 108,4 faiz çox olub. 2015-ci ilin yanvar-dekabr aylarında isə Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 139 milyon 294 min manat təşkil edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31