OPEK-də fövqəladə toplantı
12 Yanvar 2016 13:46 İqtisadiyyatNeft İxrac edən Ölkələr Təşkilatı (OPEK) martın əvvəlində fövqəladə toplantı keçirəcək. Report "France Press"ə istinadən xəbər verir ki, bunu OPEK-in sədri, Nigeriyanın neft naziri Emmanuel İbe Kaçikva bildirib. Onun sözlərinə görə, görüşün keçirilməsində əsas məqsəd qiymət siyasətini və fəaliyyət strategiyasını yenidən nəzərdən keçirməkdir. Görüş OPEK-a üzv olan bir neçə dövlətin müraciəti əsasında keçiriləcək. Təşkilat sədri deyib ki, dünya bazarında neftin hazırkı qiyməti görüşün keçirilməsini zəruri edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31