Amerika ölkəsi avroya keçir?
16 Oktyabr 2012 20:27 İqtisadiyyatMərkəzi Amerikada yerləşən Panama ölkə ərazisində ABŞ dolları ilə yanaşı, valyuta qismində avronu da işlətmək istəyir.
Milli.Az AFP-yə istinadən bildirir ki, bunu Panamanın baş naziri Rikardo Martinelli bəyan edib.
Martinelli Almaniyanın baş naziri Angela Merkel ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib: "Panamada ABŞ dolları sərbəst dövriyyədədir. Xanım Merkelin nəzərinə çatdırdıq ki, avronun da ölkədə qanuni ödəniş vasitəsi olmasını və tədavülə buraxılmasını istəyirik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31