Neft bir də nə vaxt bahalaşacaq?

Beynəlxalq Enerji Agentliyinin prezidenti proqnoz verib. Beynəlxalq Enerji Agentliyi (BEA) prezidenti Fatih Birol, İstanbulda keçirilən konfransda neft qiymətlərinin 2016-cı ilin sonlarında, yaxud 2017-ci ilin əvvəllərində yüksəlməyə başlayacağını bildirib. Oxu.Az Milliyət-ə istinadən xəbər verir ki, o qeyd edib ki, İrana qarşı tətbiq edilən sanksiyaların ləğvi neftin qiymətlərinə 2016-cı ildə aşağı istiqamətdə təzyiq yaradır. O, həmçinin bildirib ki, qazın qiymətlərində müşahidə edilən aşağı düşmə, neftin qiymətləri ilə paralel gedir. Neft investisiyalarının ötən il 20% aşağı düşdüyünü qeyd edən Birol 2016-cı ildə də oxşar azalmanın proqnozlaşdırıldığını bildirib.  "Neft sektoruna investisiyaların azalması ilə paralel qlobal bazarda böyümə sürətlənəndə bazarda təchizat problemi yarana bilər", - deyə BEA prezidenti əlavə edib. Birol Paris iqlim dəyişikliyi sammitinin enerji bazarlarına birbaşa təsir göstərəcəyini qeyd edib. Bundan başqa, o bildirib ki, Çinin qlobal enerji bazarlarında istiqamətləndirici rolu artıq sona çatır, bununla da neftin qiymətləri 2016-cı ilin sonu, 2017-ci ilin əvvəllərində yüksəlməyə başlayacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31