BP xəbərdarlığını alıb
Oqtay Əsədov: “Hasilatı yüksəldəcək”
16 Oktyabr 2012 14:16 İqtisadiyyat"Prezident İlham Əliyev neft hasilatının əlifbasını söylədi. Nə vaxt hasilat aşağı düşəndə nə etmək lazımdır, bu, hər kəsə aydındır. 3 il hasilatı sabit saxlamaq olar. Prezident dedi ki, BP savadlı şirkətdir. Götürdüyü öhdəlikləri yerinə yetirsin. Necə oldu ki. Azərbaycanın payı 80 faizə çatanda hasilat aşağı düşdü? Deməli, BP-nin hasilatı yüksəltməkdə marağı olmayıb". Bunu deyən MM sədri Oktay Əsədovun sözlərinə görə, prezident bu məsələlərdə Azərbaycanın marağını qoruyur: "Bəziləri isə sevinirlər. Nəyə sevinirlər? BP də xəbərdarlığını aldı, hasilatı yüksəldəcək. Bütün bunlara sevinənlər Azərbaycanı sevməyənlərdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31