Komitə tikinti ilə bağlı 102 standart layihəsini nəzərdən keçirib

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitədə tikinti sahəsinə aid 102 dövlət standartının layihəsinə baxılıb. Bu barədə Komitədən "Olaylar"a verilən məlumata görə, onlardan 17 standartın ləğv olunaraq yenidən işlənilməsi, 18 standarta dəyişiklik edilərək müasir normalara uyğunlaşdırılması qərara alınıb. Digər 67 standartın isə müasir tələblərə uyğun olduğu müəyyən olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31