SOCAR: Naxçıvanda yeraltı qaz anbarının tikintisi aktual deyil

SOCAR yaxın perspektivdə Naxçıvan Muxtar Respublikasında (NMR) yeraltı qaz anbarının tikintisini aktual məsələ hesab etmir. Trend-in məlumatına görə, bunu ANS telekanalına müsahibəsində SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev deyib. Onun sözlərinə görə, Azərbaycanda qaza tələbatın artmasına baxmayaraq, NMR-də qaz istehlakı ildə orta hesabla 300 milyon kubmetr səviyyəsindədir, buna görə də orada qaz anbarının tikintisinə ehtiyac yoxdur. V.Əliyev qeyd edib ki, ölkədə köhnə qaz yataqlarının - Qaradağ və Qalmaz - əsasında iki yeraltı qaz anbarı var: "Hazırda onların tutumu 4,5 milyard kubmetrədək təşkil edir ki, bu da Azərbaycanda daxili qaz istehlakının 30-35 faizini təşkil edir. Bu həcmlər qaza tələbatı ödəmək üçün kifayətdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31