SOCAR: İrandan Gürcüstana qaz tədarükü ehtimalı Tehran üçün iqtisadi deyil, siyasi xarakter daşıyacaq

İrandan Gürcüstana qaz tədarükü ehtimalı Tehran üçün iqtisadi deyil, siyasi xarakter daşıyacaq. Trend-in məlumatına görə, bunu ANS telekanalına müsahibəsində SOCAR-ın Sərmayələr İdarəsinin rəhbəri Vaqif Əliyev deyib. Onun sözlərinə görə, hər bir dövlət öz enerji siyasətini müstəqil şəkildə müəyyənləşdirir: "SOCAR-ın Gürcüstanda çox güclü mövqeləri var. Son 5 ildə SOCAR Gürcüstanda vergi ödəyicisinə çevrilib və bu status çox güman ki, 2015-ci ildə də qorunub. Gürcüstan və Azərbaycan arasında 2030-cu ilədək qaz tədarükləri barədə saziş imzalanıb. Biz bu ölkəyə təbii qazın əsas tədarükçüsüyük. Bundan başqa, Tbilisi Rusiyadan öz ərazisindən Ermənistana qaz nəqlinə görə tranzit ödənişləri alır". V.Əliyev bildirib: "Gürcüstan bazarının İran üçün nə qədər vacib oldması üzərində düşünmək lazımdır. Burada söhbət daha çox iqtisadi deyil, siyasi səmərədən gedə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31