Neftin qiyməti antirekordları yeniləməkdə davam edir
7 Yanvar 2016 13:15 İqtisadiyyatLondon qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 4% azalaraq 33 dollardan aşağı düşüb. "APA-Economics"in məlumatına görə, hazırda Brent markalı neftin bir bareli 32,81 dollara satılır. Bu, 2004-cü ilin aprelindən bəri ən aşağı göstəricidir. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,42 dollar azalaraq 32,55 dollar təşkil edib. Neftin ucuzlaşmasına Çin bazarında vəziyyət və ABŞ-ın neft ehtiyatlarının artması səbəb olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31