“Neft Daşları” yatağında yeni quyu qazılır
6 Yanvar 2016 11:21 İqtisadiyyat"Neft Daşları" yatağındakı 418A saylı estakadayanı meydançadan 2617 nömrəli quyuda qazma işlərinə başlanılıb. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, "Azneft" İstehsalat Birliyi "Neft Daşları" Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1070 metrdir. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31