Türkiyə Ukraynanın TANAP da iştirakını dəstəkləyir

Türkiyə Ukrayanın  Azərbaycan ilə birgə aparılacaq olan TANAP Transanadolu qaz kəmərinin çəkilməsində iştirakını dəstəkləyir. Bu bəyanatı Ukraynanın Türkiyədəki muvəqqəti və tam səlahiyyətli səfiri olan Sergey Korsunskiy verib. Səfirin sözlərinə görə hal hazırda Azərbaycan tərəfinin cavabı gözlənilir çünki layihənin 80 faizi Bakıya məxsusdur. Əgər  Ukrayna bu layihəyə daxil ediləcəksə  bunun üçün rəsmi Bakının razılığı zəruridir.Səfirin sözlərinə görə Ukrayna tərəfi Azərbaycan ilə Türkiyə arasında bu il iyunun 26 da imazalanan və  Azərbaycan qazını  Türkiyə üzərindən Avropaya nəql etməyi nəzərdə tutan lyihəyə ,əsasən texniki avadanlıq və mütəxəssisləri vasitəsi ilə dəstək verməyə hazırdır. Qeyd edək ki, layihə Avropa dövlətləri tərəfindən də dəstəklənir çünki bu qaz kəməri vasitəsi ilə AB ölkələri hər il Azərbaycandan 16 milliard kub qaz ala biləcək. Bu qaz kəməri layihəsi işə düşərsə Avropa və əsasə da Ukrayna başlarının üstlərində hər an enə biləcək olan Rusiyanın " Qaz dəynəyinin" hədəsindən ciddi şəkildə xilas olacaq. Hal hazırda Ukrayna və Türkiyə ciddi şəkildə Rusyanın qazından asılı vəziyyətdə qalmaqdadırlar. Bu problem qış qaylarında ciddi problemlər şəkilində özünü biruzə verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31